Naxçıvanda itkin düşən məktəbli oğlanlar tapılıb - FOTO - YENİLƏNİB

  • By Günel
  • 15 Yanvar 2025 08:33

Naxçıvanda itkin düşən yeniyetmələr gecə saatlarında Naxçıvan şəhərində polis əməkdaşları tərəfindən tapılıb və ailələrinə təhvil verilib.

Bu barədə Gununsesi.info APA -ya istinadən xəbər verir.

***

Naxçıvanda məktəbli oğlanlar itkin düşüb.

Gununsesi.info xəbər verir ki, hadisə Kəngərli rayonu Xok kəndində qeydə alınıb.

Yeniyetmə uşaqlar yanvar ayının 14-ü hazırlığa getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıblar.

Hazırda onların axtarışları davam etdirilir. Artıq bu barədə rayon polis şöbəsinə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.(APA)