Naxçıvanda zəlzələ oldu

  • By admin
  • 22 May 2018 08:49

Naxçıvan Muxtar Respublikasında 3,4 bal gücündə zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələ mayın 22-si, saat 06.32-də Naxçıvan şəhərində qeydə alınıb.

 Yeraltı təkanın maqnitudası 3,4, dərinliyi 7 km olub.

Zəlzələ Naxçıvan şəhəri və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.