Naxçıvanın DİN rəhbəri məzuniyyətə göndərildi - ƏHMƏD ƏHMƏDOVUN TALEYİ NECƏ OLACAQ?

  • By admin
  • 07 İyul 2017 10:48

vasif ve ehmed ehmedov

Gununsesi.info-nun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Əhmədovun “vurulması” ilə bağlı xəbərləri təsdiqini tapmaqdadır. Ali Məclis sədrinin “qara siyahı”sına düşən DİN rəhbərinin faəliyyətinin həm də araşdırıldığı bildirilir. Xəbər verdiyimiz kimi Azərbaycan Daxili İşlər Nazirliyinin yüksək vəzifəli heyəti Naxçıvana ezam olunub və Əhməd Əhmədovun fəaliyyətini araşdırır. Bütün bu araşdırmalar Vasif Talıbovun istəyi ilə həyata keçirilir.

Yoxlamalar zamanı vətəndaşların Naxçıvan DİN-nə etdikləri şikayətlərin necə araşdırılması da prioritetdir. Artıq vətəndaşların ərizə və müraciətlərinin baxılması ilə bağlı çoxsaylı pozuntular üzə çıxarılıb.

Naxçıvandakı mənbələrin saytımıza verdiyi məlumata görə, artıq Əhməd Əhmədov son 3 gündür işə çıxmır. Nazirlikdə onun məzuniyyətə göndərildiyi də bildirilir. Əhməd Əhmədovun elə məzuniyyətdə olduğu dönəm ərzində işdən azad edilməsinə dair sərəncamının da oxunacağı gözlənilir.

Naxçıvan DİN rəhbərinin səlahiyyətlərini nazir müavini Səbühi Novruzov həyata keçirir. Xatırladaq ki, Səbuhi Novruzov Vasif Talıovun ən etibarlı kadrlarından biridir.

Gununsesi.info