Naxçıvanın inkişaf modeli bölgələrə nümunədir

  • By admin
  • 23 İyul 2017 10:57

prezident-nax

“Naxçıvanın uğurlu inkişafı Azərbaycanın uğurlu inkişafı deməkdir. Burada gedən işlər məni çox sevindirir. Mən əminəm ki, bu gözəl ənənələr gələcək illərdə də davam etdiriləcək və Naxçıvan Muxtar Respublikası həm iqtisadi inkişaf sürətinə görə, həm də infrastruktur layihələrinin səviyyəsinə görə nəinki bu regionda, hətta dünya miqyasında qabaqcıl yerlərdə olacaqdır”.

Bu fikri Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi sahədə həyata keçirilən işlərlə tanış olarkən deyib. Ölkə başçısının səsləndirdiyi fikir əbəs yerə işlərilməyib. Belə ki,  Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Azərbaycanın digər bölgələrində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da  uğurla həyata keçirilməkdədir. Muxtar Respublikanın iqtisadiyyatının  müasir dövrün tələblərinə uyğun qurulması və işlərin təşkil edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Muxtar Respublikanın iqtisadi və sosial sahələrin kompleks şəkildə inkişafı məqsədilə ölkə Prezidenti tərəfindən təsdiq edilən rgionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında nəzərdə tutulan bir sıra layihələr icra olunub və müəyyən qismi də icra olunmaqdadır.  Kompleks sosial-iqtisadi inkişafı təmin edən proqramların icrası hesabına Muxtar Respublikada yeni iş yerlərinin və müəssisələrin yaradılması, kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması təmin edilib. Məhz icrası uğurla başa çatdırılan müvafiq dövlət proqramlarının və həyata keçirilən digər mühüm tədbirlərin nəticəsidir ki, muxtar respublikada bütün makroiqtisadi göstəricilərin müsbət meyilliliyi təmin edilmiş, dinamik inkişaf qorunub saxlanılıb.

Bu uğurlu inkiaşf isə Naxçıvan Muxtar Respublikasının Ali Məslisinin sədri Vasif Talıbovun  rəhbərliyi böyük əzmkarlığı nəticəsində mümkün olub. Onun uğurlu fəaliyyəti nəticəsində Muxtar Respublikada davamlı sosial-iqtisadi yüksəliş və ictimai həyatdakı nailiyyətlər isə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bununla da Muxtar Respublikada ötən dövr ərzində bütün iqtisadi fəaliyyət sahələrində sürətli inkişafa rəvac verən səmərəli iqtisadi siyasət tarazlı və davamlı inkişaf üçün başlıca amil olub. Naxçıvanda bir canlanma yaranıb, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdılıb, yeni təsərrüfat subyektləri yaradılıb və bütün bunların nəticəsində isə işsizliyin səviyyəsi xeyli dərəcədə azalıb. Muxtar respublikanın mərkəzi naxçıvan şəhərində olduğu kimi, bu bölgənin ən ucqar kəndlərimizdə belə nəqliyyat-kommunikasiya sisteminin bərpası, elektrik enerjisi, rabitə, qaz, su təminatı kimi sosial problemlər ən yüksək səviyyədə həllini tapıb.

????????????????????????????????????

Həyata keçirilən bu uğurlu siyasət nəticəsində “Naxçıvan möcüzəsi” termini  və özünəməxsus inkişaf modeli ortaya çıxıb.  “Naxçıvan möcüzəsi”ni isə Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbov belə xarakterizə edib: “Yol düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə sədaqət olanda, adamların qayğısı və ehtiyacları hədəfə alınanda istənilən möcüzəni yaratmaq olar”.

Muxtar Respublikanın İqtisadiyyat nazirliyinin verdiyi məlumata görə, həyata keçirilən proqramlar nəticəsində əsas kapitala 1 milyard 875 milyon 825 min manat həcmdə investisiya yönəldilib. Nəticədə, Muxtar Respublikada 584 müxtəlif təyinatlı obyekt tikilib. Eyni zamanda dövlət proqramında qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində Naxçıvanda müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilərək 110 yeni istehsal və xidmət müəssisələri yaradılıb. Sahibkarlığa Kömək Fondunun vəsaitləri hesabına 43 investisiya layihəsinin maliyyələşdirilməsinə, bütövlükdə, 17 milyon 319 min 200 manat həcmində kreditlər verilib. Bütün bunlar səmərəli məşğulluğun təmin olunmasına öz töhfəsini verib və yüksək əməkhaqqı göstəricilərinə malik 6713 yeni iş yeri açılıb.

Muxtar respublikada məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə ümumi tutumu 30 min ton olan “Bərəkət” toxumçuluq təsərrüfatının yaradılması istiqamətində işlər davam etdirilmişdir. Hazırda muxtar respublikada 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir.
Aqrar sahədə digər mühüm məsələ məhsul istehsalçılarının müasir texnika və mineral gübrələrlə vaxtında təchiz edilməsidir. Bu məqsədlə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon bazalarının balansına kifayət qədər kənd təsərrüfatı texnikaları verilmişdir. 2014-2015-ci illərdə “Naxçıvan Aqrolizinq” ASC tərəfindən 447 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq gətirilib və məhsul istehsalçılarına verilib. Istehsalçıların tləbatını ödəmək məqsədi ilə 2016-cı ildə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 66 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq muxtar respublikaya gətirilib, əvvəlki dövrdə gətirilənlərlə birlikdə 102 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq güzəştli şərtlərlə lizinq yolu ilə məhsul istehsalçılarına verilib.

Sahibkarlığın inkişafının nəticəsidir ki, bu gün Muxtar Respublikada ümumi daxili məhsul istehsalının həcmində özəl bölmənin payı 87 faizdən çoxdur. İxracyönümlü məhsul istehsalının standartların tələbləri səviyyəsində olması vacib məsələdir. Dövlət proqramında bu sahədə nəzərdə tutulan vəzifələr 2016-cı ildə yerinə yetirilib, 13 yerli istehsalçı şirkət beynəlxalq GS1 sisteminə daxil edilib, 96 yeni ştrixkod verilib, ümumilikdə, ştrixkod verilən məhsulların sayı 3493-ə çatdırılıb.Bundan əlavə, məhsul istehsalçıları 4 min 923 tondan çox mineral gübrə ilə təmin edilib. Mütərəqqi suvarma şəbəkələrinin qurulması və yeni su xətlərinin çəkilməsi nəticəsində 2016-cı ildə muxtar respublikada 923 hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılıb.

Ümumilikdə, 2016-cı ildə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqsədilə muxtar respublikada 6 heyvandarlıq, 1 quşçuluq, 1 balıqçılıq, 6 soyuducu anbar və 3 istixana təsərrüfatı fəaliyyətə başlayıb. Bütün bunların nəticəsidir ki, son illər güzəştli kreditlər hesabına 235 heyvandarlıq, 64 quşçuluq, 15 balıqçılıq, 102 arıçılıq, 64 bağçılıq, 8 üzümçülük təsərrüfatı, ümumi tutumu 14 min 30 ton olan 31 soyuducu anbar, sahəsi 127 min 162 kvadratmetr olan 21 istixana kompleksi və digər müasir müəssisələr yaradılıb. Bu işlərin görülməsi nəticəsində Naxçıvan Muxtar Respublikasında ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının həcmi 2016-cı ildə 2 milyard 582 milyon manatdan artıq olub. Bu dövr ərzində sənaye məhsulunun həcmi 103,2 dəfə, kənd təsərrüfatı məhsulunun həcmi 11,1 dəfə artıb.

2016-cı ildə muxtar respublikada xarici ticarət dövriyyəsinin həcmi 463244,8 min ABŞ dolları təşkil edib. Bir il öncəyə nisbətən ixracın həcmi 1,1 % artaraq 419120,8 min ABŞ dolları, idxalın həcmi isə 54,9 % azalaraq 44124 min ABŞ dolları səviyyəsində olub. 2016-cı ildə xarici ticarət dövriyyəsinin 9,5 %-ni idxal, 90,5 %-ni isə ixrac təşkil edib.

n1

Ötən il muxtar respublikanın rayon mərkəzlərində, qəsəbə və kəndlərində 212 infrastruktur obyekti istifadəyə verilib. 49 infrastruktur obyektinin inşası davam etdirilir. 2016-cı ildə 256 müxtəlif təyinatlı obyekt, o cümlədən 18 təhsil, 13 səhiyyə, 5 idman, 29 mədəniyyət müəssisəsi, 13 kənd və 14 xidmət mərkəzi, 2 ictimai yaşayış binası tikilərək istifadəyə verilib.

Muxtar Respublika təkcə yerli layihələr deyil, eyni zamanda regional, beynəlxalq  logistik, tranzit yük və sərnişindaşıma sahəsində də mümühm addımlar atılıb. Belə egional və beynəlxalq  layihələrin icrası qonşu təzavuzkar Ermənistanın beynəlxalq aləmə çıxışı ilə bağlı nəzərdə tutuduqları planları tamamilə alt-üst edib.. 2016-cı ildə Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarı fəaliyyətə başlayıb, bu məqsədlə 3 sərnişin vaqonu gətirilib, Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yolu xəttinə birləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib. Muxtar Respublikanın dəmir yol xəttinin İran dəmiryol xəttinə birləşdirməklə beynəlxalq dəmiryol xəttinə çıxış əldə edilməsi, təkcə Naxçıvan və Azərbaycan üçün deyil, həçminin  regionlararası nəqliyyat dəhlizinin yaradılması baxmından mühüm əhəmiyyət kəsb edən layihələrdən hesab etmək olar. Bu layihələrin icrası Naxçıvanın  Azərbaycanın digər  əraziləri ilə etibarlı əlaqəsini təmin etməklə yanaşı, Ermənistanın regionda həyata keçirilən tranzit nəqliyyat layihələrdindən kənarda qoymuş oldu.

Gələcəkdə Türkiy-Naxçıvan-İran dəmiryol xəttinin birləşdirilməsi Şimal-Cənub və Qərb –Cənub Nəqliyyat dəhlizlərinin reallaşmasında müstəsna rola malik ola bilər. Belə ki, Qərbdən gələn yüklərin Naxçıvan üzərindən keçərək Pakistan, Hindistan və Çinə, eyni zamanda əks istiqamətdə yükləriun daşınmasına imkan yarada bilər. Naxçıvan-İran və Bakı-Qars-Naxçıvan dəmiryol xəttinin reallaşması isə Bakı ilə Naxçıvan arasında dairəvi yolun da etibarlı şəkildə təmin olunmasına imkan yaradacaq. Bütün bunlarda Muxtar respublikanın daha etibarlı formada təhlikəsizliyinin təmin olunmasına, iqtisadfiyyatının inkişafına əlavə stimul  verməklə, əlavə iş yerlərinin açılmasına, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına öz müsbət təsirini göstərmiş olacaq. Naxçıvandan yükdaşımaların həcminin artmasına da öz müstəsna rolunu oynayacaq.

Naxçıvanın inkişafında turizmin də özünəməxsus yeri var və bu sahənin inkişaf etdirilməsi üçün Muxtar Respublika rəhbərliyi ciddi işlər görüb və görməkdədir. Bu baxımdan Naxçıvan azərbaycanın digər yerləri kimi əsararəngiz təbiəti qədim tarixi, zəngin mədəniyyəti ilə seçilən bir bölgədir. Tarixi və mədəniyyət abidələri, gəzməli-görməli yerləri, abadlaşan şəhər və kəndləri Naxçıvanın turizm potensialını daha da artırır. Yəni Naxçıvanda yay  istirahət, dağ, ekstremal turizmlə yanaşı, sağlamlıq, tarixi və dini turizmin inkişaf etdirlməsi üçün böyük imkanlar mövcuddur. Uzunoba İstirahət Kompleksi, dəniz səviyyəsindən 2 min 450 metr yüksəklikdə yerləşən Batabat yaylağı, ərazidəki göllər, məşhur Üzən ada, Zorbulaq kimi yerlər var. Bununla belə Ordubad dağlarında da dağ turizminin inkişaf etdirlməsi potensialları mövcuddur.

Sağlamlıq turizminə gəldikdə isə ilk növbədə Duzdağ Fizioterapiya Mərkəzinin Naxçıvanın turizm potensialında mühüm əhəmiyyəti ilə seçilən yerlərdən biridir. Hər il bura dünyanın müxtəlif ölkələrindən bronxial-astma xəstəliyindən əziyyət çəkən xeyli insan gəlir. Burada yaradılmış infrastruktur imkan verir ki, bu məqsədlə muxtar respublikaya üz tutan turistlərin sayı daha da çox olsun.

Dini və tarixi turizmin inkişaf etdirilməsi və turistlərin cəlb edilməsi üçün Naxçıvanda yetərli dini və tarixi məkanlar mövcuddur. Muxtar respublikada 1170-ə yaxın tarixi abidə var ki, onun 56-sı dünya əhəmiyyətlidir.Azərbaycanın qədim torpağı olan, minilliklərin izini yaşadan Naxçıvanın zəngin tarixi-mədəni abidələri, böyük turizm potensialı var. Son dövrlərdə bölgədə turizm imkanlarının genişləndirilməsi üçün bir sıra tədbirlər həyata keçirilir.

Gununsesi.info