Naxçıvanla bağlı daha bir yenilik

Naxçıvanda sahibkarlar martın 1-dək elektron qaimə sisteminə keçəcək.

Gununsesi.info  xəbər verir ki, bu barədə sahibkar Emin Tarverdiyev məlumat verib. O bildirib ki, Naxçıvanın Vergilər Nazirliyinə bu barədə tapşırıq verilib.

Qeyd edək ki, 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında qərarə qəbul etsə də, hələ də kağız üzərində qaimə qaydasından istifadə edilirdi. Sahibkarlar kağız qaimə sisteminin onların işlərinə və idxal-ixrac əməliyyatlarına ciddi problem yaratdığını bildirirdilər.

Gununsesi.info