Naxçıvanlı sabirabadlı qohumunu öldürüb

  • Müəllif: admin
  • 05 Yanvar 2017 12:17

BICAQ

 Xətai rayonunda qətl hadisəsi baş verib. 

Xətai rayon Polis İdarəsindən Gununsesi.info-ya verilən  xəbərə görə, yanvarın 4-də Naxçıvan şəhər sakini Təhmasib Fərəcov Xətai rayonu ərazisində kirayədə yaşadığı evdə münaqişə zəminində qohumu – Sabirabad rayon sakini Rövşən Cəfərovu bıçaqlayaraq qətlə yetirib. 
Qətlə yetirilən Rövşən Cəfərov əvvəllər məhkum olunub. 

Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsi əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində Təhmasib Fərəcov tutulub.
 

Gülnaz Qənbərli

Gununsesi.info