“Nazarbayevin İrəvana səfərdən imtina etməsi onun Ermənistana münasibətinin göstəricisidir” - POLİTOLOQ

  • By admin
  • 12 Oktyabr 2016 12:07
 Kazakhstan-president-Nursultan-Nazarbayev
Nursultan Nazarbayevin İrəvana səfərini təxirə salamsı erməniləri ciddi əndişələndirib.
Gununsesi.info  xəbər verir ki, artıq erməni mediası Nazarbayevin oktyabrın 14-də İrəvanda keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tədbirinə qatılmamasından narahatlıq yaradan və əndişələndirici məlumatlar yaymaqdadırlar.  Bu,  bir daha göstərir ki, ermənilər Nazarbayevin İrəvana səfərinə böyük önəm verirmişlər. Ancaq Nazarbayevin səhhətində yaranmış problem nəticəsində səfəri təxirə salması və əvəzində Baş nazir Bakıtjan Saqintayevi göndərməsi  ermənilərin heç də ürəyindən olan  hadisə deyil. Yəqin ermənilər Nazarbayevin İrəvana səfəri ilə necə deyərlər “bir güllə ilə bir neçə quş vurmaq” niyyətində imişlər, amma böyük türk oğlu Nazarbayev onların bu istəyini ürəklərində qoydu. İstəklərini həyata keçriə bilməyən ermənilər  pərt vəziyyətdə olduğundan, öz medialarında  birbaşa və ya dolayısı ilə Nazarbayevin İrəvana səfərə gəlməməsini ironik və başqa fonda təqdim etməyə çalışırlar.  
Qeyd edək ki,  oktyabrın 14-də İrəvanda keçiriləcək iclasında KTMT zonasında vəziyyət və üzv ölkələrin məsuliyyəti, eyni zamanda, təşkilatın təkmilləşdirilməsi  istiqamətində məsələlər əsas müzakirə predmeti olacaq.
Bir sıra ekspertlər Nazarbayevin İrəvan səfərini təxirə salınmasını orada müzakirə olunacaq məsələlərlə razı olmaması, həmçinin, onun səfərindən İrəvanın hansı  məqsədlər üçün istifadə edəcəyini öncədən bilməsi ilə əlaqələndirirlər.
Cənubi Qafqaz Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə Nursultan Nazarbayevin İrəvana səfərindən imtina etməsinin ilk səbəbini elə Qazaxstan prezidentinin səhhətində  yaranmış problemlə izah edib. Politoloq hesab edir ki, burada  siyasi məqamların olduğunu istisna deyil. “Çünki Nazarbayevin bir sıra məsələlrələ, xüsusən də Azərbaycanın  və Türkiyənin  maraqlarını müdafiə edən mövqe sərgiləməsi  erməni tərəfini qıcıqlandırır və bununla bağlı oan qarşı böhtan xarakterli, aşağılayıcı ifadələr işlədiblər.  Erməni mediasında Nazarbayev haqqında yetərincə tənqidedici materaillar dərc olunub. Hətta, Ermənistanın bir yaşayış mənətəqəsinin küçələrinin birinə Nazarbayevin adı verilsə də, sonar onun adı oradan götürülüb, daha sonra yenidən bərpa edilib. Bu isə iki ölkə arasında ciddi narazılığa və qalmaqala səbəb olub. Bundan əlavə olaraq, bu yaxınlarda  Qazaxstanın İrəvandakı səfiri keçirdiyi mətbuat konfransında Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin, uydurma “erməni soyqırımı” məsələsində səsləndirdiyi fikirlər ermənilərin kəskin etirazına səbəb olub. Odur ki, belə olan təqdirdə, Nazarbayevin İrəvana səfərdən imtina etməsinin səbəbini almaq olar və o,  düzgün olaraq belə addım atıb”- deyə, politoloq vurğulayıb.
İ.Vəliadə eyni zamanda digər məqama diqqət çəkərək deyib ki,  Nazarbayev  o siyasətçilərdəndir ki, heç nədən çəkinmədən sözü üzə açıq formada deməyi bacaran, çəkinməyən, qormayan cəsarətli dövlət başçılarındadır. “Əgər İrəvana səfər etsəydi belə,  o, yenə də mövqeyini ortaya qoyacaqdı. Amma Nazarbayevin İrəvana səfərdən imtina etməsi onun Ermənistana münasibətinin göstəricisindən xəbər verir”- deyə, İ.Vəlizadə bildirib.
Mürtəza
 
Gununsesi.info