Nazilə Səfərli nənə oldu

Şair Nazilə Səfərli nənə olub.

Gununsesi.info xəbər verir ki, bu barədə o, instaqramda məlumat yayıb.

Səfərli bildirib ki, oğlu Nurlanın övladı dünyaya gəlib:

“Sevgi bar verməkdir. Oğlumun oğlu oldu! Xoş gəldin Ayaz! Şükür, kəllə qəndi açmaq qismətimiz oldu!! Evləriniz körpəsiz olmasın. Göz aydınlığı verən hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, Səfərlinin oğlu ötən ilin mayında Nuranə adlı xanımla evlənib.

Gununsesi.info