Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

11 Dekabr 2017

12 Avqust 2017 - 07:30

Nazim İbrahimov 2 ildir işçilərin maaşını vermir- FEDERASİYANIN OFİSİ BAĞLANDI

nazim_ibrahimov

Azərbaycan Qılıncoynatma Federasiyasının ofisi bağlanıb. Bunu Federasiyanın vitse-prezidenti Yaşar Məmmədov deyib. 

Gununsesi.info xəbər verir ki, o, federasiyanın prezidenti Nazim İbrahimovun 2 ildən çoxdur ki, maaşları verməməsinə görə, ofisi avqustun 1-dən bağlamalı olub.

Məmmədov qeyd edib ki, artıq onun öz cibindən federasiya işçilərinə və kommunal xərclərə verəcəyi pul yoxdur. Bu üzdən vitse-prezident bu üsula əl atıb. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri olan Nazim İbrahimovun isə Bakıda olmadığı deyilir. O, sentyabrın 1-dək məzuniyyət götürüb.

Gənclər və İdman Nazirliyi, eləcə də Milli Olimpiya Komitəsindən isə deyiblər ki, sentyabradək səbir edin. Nazim İbrahimovla görüş olandan sonra hər şeyə aydınlıq gələcəyi gözlənilir. “Ancaq əvvəllər də belə deyildiyini nəzərə alsaq, bu federasiyada “köhnə hamam, köhnə tas”ın davam edəcəyi gün kimi aydındır”, – Y.Məmmədov bildirib.(prosport.az)

598dd537ceb20_204567_src
Gununsesi.info




loading...