“Nazim İbrahimovun keçirdiyi iclasda ancaq öz adamları, “oğ…şlar” yığılmışdı” - YAŞAR MƏMMƏDOV

  • By admin
  • 20 Sentyabr 2017 12:24

YASNAZ

Xəbər verdiyimiz kimi, Azərbaycan Qılıncoynatma Federasiyasının Hesabat-Seçki Konfransı keçiriləcək. Konfransda prezident postuna yeganə namizəd təhsil naziri Mikayıl Cabbarovun seçiləcəyi gözlənilir.

Gununsesi.info xəbər verir ki, məsələ ilə bağlı qurumun I vitse-prezidenti Yaşar Məmmədov unikal.org-a danışıb.

O bildirib ki, AQF-də bir neçə gün əvvəl hesabat-seçki konfransı keçirdilər, məni də guya işdən azad etdilər: “Nazim İbrahimovun rəhbəri olduğu AQF-nin keçirdiyi iclas saxtadır. Ora heç kimi dəvət etməmişdilər. Bu iclası öz aralarında keçirmişdilər. İndi yeni konfrans keçiriləcək və tək namizəd də təhsil naziri mikayıl Cabbarovdur.

Nazim İbrahimovun avqustun 17-də keçirdiyi iclasda heç kim yox idi, ancaq öz adamları, “oğ…şlar” yığılmışdı. Mənim yerimə də guya Ramin Məmmədovu təyin etmişdi. Əvvəl qovduğu Asəf Məlikova da federasiyada vəzifə verdi. Bunlar (red-söyüş). Asəf Məlikov əvvəllər – XX əsrin ən yaxşı məşqçisi adına layiq görüldüyüm zaman mənim adıma zal açmışdı.

Sonradan o Nazim İbrahimova satıldı deyə federasiyada vəzifə aldı. Mənim əsas düşmənim Oqtay Şahverdiyevdir. Vaxtı ilə gedib rəhbərliyə məndən yalandan şikayət etmişdi ki, onun “lyubovniça”sı var. Hamı da Oqtaya dedi, “kül sənin başına”, ondan hamı da var”.

Gununsesi.info