Nazirə qarşı cinayət işi açıldı

  • By admin
  • 14 Sentyabr 2016 10:35
nazir
Ukraynanın erməni əsilli Daxili işlər naziri Arseni Avakova qarşı cinayət işi açılıb.
Gununsesi.info  xəbər verir ki,  bu barədə Ukraynanın Baş prokuroru Yuriy Luçenko “Ukryna112” telekanalında çıxışı zamanı deyib.
Baş Prokuror deyib ki, o, gündə onlarla  Daxili işlər nazirinin fəaliyyəti ilə bağlı müxtəlif idarələrdən şikayət məktubları alıb. Baş prokuror deyib ki,  nazirə qarşı cinayət işi korrupsiya faktına görə açılıb.
Nazirə qarşı cinayət işi qaldırılsa da, o vəzifəsini davam edirəcək. Nazirin müşaviri Şkiryak Zoryan bəyan edib ki, cinayət işinin açılmasına baxmayaraq A. Avakov vəzifəsini icra edəcək: “Odur ki, hamı sakit ola bilər, xüsusən də A.Avakovun vəzifəsindən getməsi ilə bağlı məsələni qaldıranlar. Nazir istefa verməyəcək”.
Gununsesi.info