Nazir: Azərbaycanın ilk xarici borclanması növbəti ilin birinci rübündə baş verəcək

  • By admin
  • 05 Dekabr 2016 17:10
 ????????????????????????????????????

2017-ci ildə Azərbaycanın ilk xarici borclanması ilin birinci rübündə baş verəcək və artıq ilkin razılaşma əldə olunub.
Gununsesi.info xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, bu borclanma  hesabına “Cənub Qaz Dəhlizi” layihəsində növbəti  tikinti işləri aparılacaq. “Artıq indiyədək “Cənub Qaz Dəhlizi” layiəhsinə 5 mlrd dollaraədk sərməyə sərf olunub və
 layihənin qalan hissəsini davam etdirməyi isə xarici borclanma hesabına həyata keçriməyi planlaşdırır. Bu baxımdan, cari ildə olduğu kimi növbəti ildə də xarici borclanma prosesi davam etdiriləcək”- deyə, nazir vurğulayıb.
S. Şərifov əlavə edib ki, qrafikə uyğun olaraq  2017-ci ildə 2,5-3 mlrd dollar həcmində  vəsaitin cəlb olunması lazımdır.
“Artıq bu istiqamətdə iş aparılır və ilkin  razılıqlar da əldə olunub. Bununla bağlı xarici banlarla danışıalqar aparılır. Ümidvarıq ki, xarci borclanma ilə bağlı məsələ müsbət həllini tapacaq və bu gələn ilik ilin  rübündə baş verəcək”- deyə, S.Şərifov bildirib.
Mürtəza
Gununsesi.info