Nazir Çavuşoğlu: “Son zamanlar Suriya rejiminin hücumları hər kəsi narahat edir”

  • By admin
  • 06 Fevral 2020 15:48

Son zamanlar İdlibdə Suriya rejiminin hücumları hər kəsi narahat edir.

Gununsesi.org-un məlumatına görə, bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasından sonra jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

M.Çavuşoğlu bildirib ki, İdlibdə Suriya rejiminin hücumu nəticəsində 2 mindən çox mülki şəxs öldürülüb: “Bu məsələ ilə bağlı Rusiya və İranla üçlü formatda çoxsaylı görüşlər keçirilib. Rusiyadan gözləntimiz Suriya rejiminin hücumlarının dayandırılmasıdır. Bu istiqamətdə Rusiya ilə müzakirələr aparırıq”.

Türkiyənin Xarici İşlər naziri qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefonla müzakirə aparıb: “Hazırda Rusiyadan Türkiyəyə bir nümayəndə heyətinin gəlməsini gözləyirik. Sonra prezidentlərin görüşü də ola bilər”.

M.Çavuşoğlu nəzərə çatdırıb ki, İdlibdə atəşkəsi Suriya rejimi pozur: “Bizim səbrimizin də bir həddi var. 8 əsgərimiz şəhid ediləndə qarşılığını verdik. Suriya rejimi dayanmazsa, qat-qat artıq cavabını verəcəyik”.

Gununsesi.org