Nazir iki rayona yeni rəis təyin etdi

  • By admin
  • 18 Aprel 2023 21:01

Daxili işlər orqanlarında yeni təyinat olub.

Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Şəmkir Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Elnur Həsənov tutduğu vəzifədən azad edilərək Şəki Şəhər Rayon Polis Şöbəsinin rəisi təyin olunub.

Digər əmrlə Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı Nəvai Qasımov tutduğu vəzifədən azad edilərək Şəmkir Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Gununsesi.info