Nazir Rusiya ilə aparılan danışıqlar barədə açıqlama verib

  • By admin
  • 29 Sentyabr 2017 08:00

1504173235

“Azərbaycan və Rusiya arasında təbii qazla bağlı danışıqlar aparılır”.

Gununsesi.info xəbər verir ki, bunu Stavropolda keçirilən VIII Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

“Hazırda bu məsələ ilə bağlı hər iki ölkənin müvafiq qurumları arasında danışıqlar aparılır. Əgər tərəflər qarşılıqlı faydalı razılığa gələrsə, müqavilə o zaman imzalanacaq”,- deyə azərbaycanlı nazir qeyd edib.

Gununsesi.info