Nazir: “Türkiyədə çevriliş olmayacaq və ola bilməz” demək doğru deyil”

  • By admin
  • 18 İyul 2016 10:59

600@0

 

Türkiyə Müdafiə Nazirliyində hərbi çevrilişə dəstək verənlər var. Gununsesi.info xəbər verir ki, bunu “Haberturk”a müsahibəsində Türkiyə Müdafiə naziri Fikri İşık deyib: “Müdafiə nazirliyində çevriliş edənlərə dəstək verənlər olub və hazırda onlar tək tək aydınlaşdırılır”. Nazir orduda artıq bununla bağlı araşdırmaya başlandığını deyib. “Orduda da qanı pozuq hərbçilər olduğundan belə bir hadisə baş verib. Hazırda onların ordudan uzaqlaşdırlması istiqamətində işlərə başlanıb”- deyə, nazir vurğulayıb.

Müdafiə naziri deyib ki, çevrilişin qarşısı alınsa da, hələ də, çevriliş təhlükəsi tam aradan qalxmayıb: “Bu çevrilişinin səbəbləri tam aydınlaşdırılmayanadək “Türkiyədə çevriliş olmayacaq və ola bilməz” demək doğru deyil. Biz indiki çevrlişin “paralel yapı”nı tərəfindən təşkil olunduğunu bildik. Ancaq vətənsevər komandirlər tərəfindən bunun qarşısı alındı”.

Nazir eyni zamanda komandirlərin əmrini icra edən əsgərlərin də günahsız olduğunu dilə gətirib: “Türk Silahlı Qüvvələri bu çevrilişin içində olmadı. Əsgərlər gəldikdə deyə bilərəm ki, onlar bilmədən komandirlərinin əmri ilə hərəkət etdiklərindən, onları qiyamçı adlandırmaq düz deyil. Bu məsələlər ciddi surətdə araşdırlacaq”- deyə nazir vurğulayıb.

 

Gununsesi.info