Nazir vəzifəsindən sui-istifadədə ittiham olunur

  • By admin
  • 23 Noyabr 2016 15:46

 

bolqarBolqarıstan Prokurorluğu 2015-ci ildə “MiQ-29” qırıcı təyyarələrinin təmiri üzrə Polşa ilə bağlanmış sazişlə əlaqədar ölkənin müdafiə naziri Nikolay Nençevə qarşı vəzifəsindən sui-istifadədə üzrə ittiham irəli sürüb.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki,  istintaq məlumatlarına görə, bu anlaşma dövlət xəzinəsinə 3,5 milyon avrodan çox məbləğdə maddi ziyan vurub.

N.Nençevin vəkili Radan Kunev jurnalistlərə bildirib ki, Prokurorluq yalnız ittiham irəli sürüb, işin materialları təqdim olunmayıb.

Müdafiə naziri ölkəni tərk etməmək barədə öhdəlik götürdükdən sonra sərbəst buraxılıb.

Gülnaz Qənbərli

Gununsesi.info