Nazir xalq şairini xəstəxanada ziyarət etdi

  • Müəllif: Firuzə
  • 19 Dekabr 2025 16:22

Mədəniyyət naziri Adil Kərimli xalq şairi Nəriman Həsənzadəni xəstəxanada ziyarət edib.

Gununsesi.info xəbər verir ki, bu barədə APA-ya xalq şairinin köməkçisi Arif Mehmandost məlumat verib.

Qeyd edək ki, Nəriman Həsənzadə bir müddətdir Mərkəzi Klinik Xəstəxanada müalicə alır. Vəziyyəti ağır stabil olaraq qalır.

 

Gununsesi.info