
Serbiyanın demoqrafiya siyasəti üzrə naziri Slavitsa Cukiç-Deyanoviç ağır yol qəzasına düşüb. Gununsesi.info APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində nazir müxtəlif sınıq xəsarətləri, sürücüsü isə baş nahiyəsindən ciddi xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Xəsarət alanların vəziyyətinin stabil olduğu bildirilir.
İlkin məlumata görə, minik avtomobili ötmə manevri həyata keçirərkən qarşıdan gələn yük maşını ilə toqquşub. Araşdırma aparılır.
Gununsesi.info









