Nazirdən İrəvana CAVAB

  • By admin
  • 28 Fevral 2023 14:01

Postmünaqişə dövründə Ermənistan qeyri-konstruktiv mövqe sərgiləyir.

Gununsesi.info xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Ermənistan tərəfi Laçın yolunun bağlanması ilə əsassız iddialar qaldırır. Təbii ki, bu da öz təsdiqini tapmır. Bundan başqa iki ölkə arasında bağlanacaq sülh müqaviləsi prosesində də Ermənistan həmişəki kimi uyğun olmayan görünüş sərgiləyir”, – deyə XİN başçısı vurğulayıb.

Gununsesi.info