Nazirlər “Cənub Qaz Dəhlizi” ətrafında nələri müzakirə etdilər?

  • By admin
  • 23 Fevral 2017 17:12

neft-6

Xəbər verildiyi kimi, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı keçirilib.

Belə görüşləri keçirmək rəsmi Bakı üçün hansı dividentlər gətirir?

Gununsesi.info xəbər verir ki, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bunun çox böyük əhəmiyyətə malik olduğunu bildirib:

“Birincisi, 3500 km-lik bir infrastuktur yaradılır.İkincisi, infrastrukturun özü çox mürəkkəbdir və biri-birindən asılı olmayan 3 müxtəlif boru kəməri konsorsiumundan ibarətdir. 7 ölkədən keçəcək bir boru kəmərlər sistemi yaradılır ki, yaxın 10 ilə qədər onun buraxıcılıq gücü də mütəmadi olaraq artırılacaq. Yəni bunlar arasında uzlaşmanın təmin edilməsi, ən yüksək səviyyədə dialoqun yaradılması, layihələrin cari icra vəziyyətinin müzakirə edilməsi son nəticəyə qrafikə uyğun şəkildə çatmaq üçün çox mühüm məsələdir. Üçüncüsü, Avropadakı istehlakçılar heç zaman Azərbaycandan indiyə qədər qaz tədarük etməyiblər və onlar üçün Xəzər uzaq və “dumanlı” bir region olaraq qalmaqdadır”.
İ.Şaban bildirir ki, müqavilə 2013-də imzalansa da, hələ tam əminlik yoxdur ki, bu qaz 2020-ci ilin İV rübündə onlara çatacaq ya yox:

“Burada söhbət postsovet məkanından başlayan layihədən gedir. Ümumiyyətlə, meqa infrastruktur layihələrində daim risqlər mövcuddur: elə götürək Rusiyanın “Cənub Axını” layihəsini və ya ABŞ-ın 3462 km-lik Keystone XL neft kəmərini (onun İV hissəsi 6 ildir reallaşmasını gözləyir və Tramp buna icazə verdi). Bu baxımdan, yüksək səviyyədə keçirilən bu formatda görüşlərdən səslənən bəyanatlar, fikirlər Avropadakı istehlakçıları üçün bir növ mühüm mesajlar rolunda çıxış edir”.

“Həmçinin bu layihədə marağı olan ölkələr -Gürcüstan və Türkiyə hökumətləri Bakı Forumlarında səslənə son fikirləri öz cəmiyyətlərinə o prizmadan çatdırırlar ki, layihədən gözləntilər özünü doğruldacaqmı? Nə qədər qazanc olacaq, bunlar iqtisadiyyata, işsizliyə, iqtisadi aktivliyə illər boyu və sair indikatorlara necə təsir edəcək” -deyə,  ekspert vurğulayır.
Onun sözlərinə görə, Azərbaycan öz təcrübəsinə əsasən belə bir addım atıb:

“Məsələn, Bakı-Tbilisi-Ceyhan inşa edilən zaman bu formatda görüşlər yox idi. Nəticədə BTC əleyhinə həm Gürcüstanda, həm Türkiyədə, həm də Londonda daha nələr etmirdilər”.

Vüsalə Rüstəmova
Gununsesi.info