Nazirlər Kabineti qərar verdi - İLAHİYYAT İNSTİTUTU...

  • By admin
  • 01 May 2018 00:13
Azərbaycan İlahiyyat İnstitutunun hüquqi statusu müəyyənləşib.
Gununsesi.info-nun məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.
Dəyişikliyə əsasən Azərbaycan İlahiyyat İnstitutu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında” 2018-ci il 9 fevral tarixli sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaratmaq tapşırılıb.
Gununsesi.info