Nazirlər Milli Məclisə toplaşacaq

  • By admin
  • 06 Aprel 2020 11:06

Aprelin 9-da Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2019-cu il üzrə fəaliyyətinə dair hesabatı müzakirəyə çıxarılacaq.

Gununsesi.org-un məlumatına görə, iclasda nazirlərin, dövlət komitələrinin sədrlərinin iştirakı gözlənilir.

Hökumətin budəfəki hesabatı geniş şəkildə hazırlanıb, bütün sahələr ətraflı təhlil edilib.

Xatırladaq ki, hesabatı Baş nazir Əli Əsədov təqdim edəcək.

Gununsesi.org