Nazirlik ətin bahalaşmasına belə haqq qazandırdı - Ölkəyə ət idxalı azalıb

  • By admin
  • 09 Sentyabr 2016 16:30

ət

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadə hazırda Azərbaycanda ət və ət məhsullarının bahalaşması fikrinə münasibət bildirib.

Gununsesi.info Modern.az-a istinadən xəbər verir ki, şöbə müdiri ətin ciddi bahalaşmadığını deyib:

“Ciddi bahalaşma nəyə deyirsiz? Axı keçən illə indiki qiymətlər üst-üstə düşür. Müəyyən bir dövrdə ətin qiymətinin 6,50-7 manata olması müvəqqəti idi. Devalvasiyadan sonra bazara yeni gələn istehsalçılar vəziyyətə alışmaq üçün buna gedirdi. Yəni, yerli istehsalın bazara təklifi artmışdı deyə müəyyən ucuzlaşmaya gedilmiş, ət 8 manatdan 7 manata enmişdi. Normal olmayan bu idi. İndi ət real bazar qiymətini alıb.

Devalvasiyadan sonra ətlik heyvandarlıq sərfəli hala gəlib. İnsanlar bilir ki, bu, gəlirli biznes sektorudur. Kökəltmə ilə məşğul olan yeni təsərrüfatlar genişlənir. Mala çoxlu yem vermək kökəltmək təsərrüfatı deyil.

İndiki halda 3-4 dollara Braziliyadan soya təsərrüfatında yetişdirilərək ölkəmizə gətirilən heyvanlar satıla bilər. Amma bizim öyrəşdiyimiz ət dadı var deyə heç kim onu almır.

Bir tərəfdən də ət idxalı azalıb. Çünki, yerli istehsalçılarımız rəqabətqailiyyətlilik sayəsində ət istehsalını genişləndirə bilib”.

Gununsesi.info