Nazirlik: - İyunun 7-dək çaylarda suyun səviyyəsinin artacağı gözlənilmir

  • By admin
  • 04 İyun 2018 16:36

Son bir neçə gün ərzində yağan leysan yağışlar nəticəsində səviyyəsi qalxan bütün çaylarda hazırda enmə müşahidə edilir.

Gununsesi.info Trend-ə istinadən bildirir ki, Bunu özəl olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

A.Verdiyevin sözlərinə görə, iyunun 5-də Böyük Qafqazın cənub yamacında qısamüddətli yağışlar gözlənilsə də, çaylarda suyun səviyyəsinin yenidən artacağı proqnozlaşdırılmır:

 “İyunun 6-sı səhərdən 7-si gündüzədək əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək. Buna görə də iyunun 7-dək çaylarda suyun səviyyəsinin artacağı gözlənilmir”.

Qeyd edək ki, Göyçayda sel suları nəticəsində avtomobil və piyada körpüləri dağılıb, İsmayıllıda isə güclü yağışlar evlərə və əkin sahələrinə ziyan vurub.