
Göygöldə kitabxanada yanğın qeydə alınıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Göygöl şəhərində Mədəniyyət və Turizm Nazirliyinə məxsus ümumi sahəsi 330 m2 olan birmərtəbəli 3 otaqlı kitabxana binasında elektrik kabeli 1 p.m yanmış və lambirdən ibarət tavan 1 m2 sahədə əriyib. Kitabxana binası yanğından mühafizə olunub. Yanğın saat 08:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info









