NBA-da daha iki basketbolçu koronavirusa yoluxdu

  • By admin
  • 25 İyun 2020 12:52

Amerika Milli Basketbol Assosiyasiyasında çıxış edən (NBA) “Sakramento Kinqs” komandasının iki üzvü COVID-19 virusuna yoluxub.

Gununsesi.org Sports.ru-ya istinadən xəbər verir ki, Aleksey Len və Cabari Parkerin test nəticələri müsbət çıxıb.

Ukraynalı basketbolçu Aleksey Len koronavirusa yoluxduğu barədə xəbəri “Instagram” hesabında paylaşıb.

Hazırda hər iki idmançı özünütəcrid rejiminə keçib.

NBA-da çempionat oyunları martın 12-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.

Gununsesi.org