Neft bahalaşdı

  • By admin
  • 06 İyul 2020 09:55

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2020-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,58% artaraq 1 barelə görə 43,05 dollar təşkil edib.

Gununsesi.org-un məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,42% azalaraq 40,48 dollar təşkil edib.

Gununsesi.org