Neft bahalaşır

  • By admin
  • 07 Sentyabr 2016 10:15

neft

Dünya bazarında neft bahalaşıb.

Gununsesi.info xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,28 dollar artaraq 45,11 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,32 dollar artaraq 47,58 dollar olub.

Gununsesi.info