Neft platformasında partlayış - YARALILAR VAR

  • By admin
  • 16 Oktyabr 2017 09:20

neft anbari partlayis

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Luiziana ştatında neft platformasında partlayış baş verib.

Hadisə Ponçartreyn gölündə qeydə alınıb.

İnsident nəticəsində azı 6 nəfər xəsarət alıb. İlkin məlumata əsasən, ölən yoxdur. Hadisə yerinə xilasedicilər cəlb edilib. Partlayışın səbəbləri hələ ki, məlum deyil.

Qeyd edək ki, Luiziana ştatının ən iri gölü olan Ponçartreynin sahəsi 1600 kvadrat metr təşkil edir.

Gununsesi.info