Neftayırma zavodunda yanğın baş verib - ZAVODUN PERSONALI MÜƏSSİSƏDƏN TƏXLİYƏ EDİLİB

  • By admin
  • 15 Mart 2017 07:10

 

yanginn

Kanadanın Alberta əyalətinin Mak-Mürrey şəhəri yaxınlığında “Syncrude” şirkətinin neftayırma zavodunda yanğın baş verib.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, zavodun personalı müəssisədən təxliyə edilib. Zavodun bütün giriş-çıxışları nəzarətə götürülüb.

Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub. Yanğının səbəbləri araşdırılır.

Hadisə zamanı 1 nəfər xəsarət alıb. Onun  vəziyyətinin ağır olduğu bildirilir.

Gununsesi.info