Neftçala sakinini cərəyan vuraraq öldürdü

  • By admin
  • 21 İyul 2017 21:45

tok

 

Neftçala sakinini elektrik cərəyanı vurub.

APA-nın verdiyi məlumata görə, hadisə rayonun Xol Qaraqaşlı kəndi ərazisində yerləşən təsərrüfatda baş verib.

1994-cü il təvəllüdlü Səfərov Xəqani Xanağa oğlu həyətlərini suvararkən elektrik nasosundan cərəyan keçməsi nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info