
Neftçalada intihar olub.
Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun Kürkənd kəndində qeydə alınıb.
Kənd sakini, 1961-ci il təvəllüdlü Mütəllim Əhmədağa oğlu Cahangirov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Gununsesi.info












