Neftçalada evdən iki qadın meyiti tapılıb

  • By admin
  • 15 Noyabr 2016 20:54

meyit1

 

Neftçalada evdən iki qadın meyiti tapılıb

Neftçalada 65 və 62 yaşlı bacıların meyitləri yaşadıqları evdə aşkar olunub.

Gununsesi.info-nun Mil-Muğan bürosunun məlumatına görə, saat 17.00 radələrində Neftçalanın  Qoltuq kəndində evdə yaşayan iki bacı, 1951-ci il təvəllüdlü Gülbəxt Adgül qızının və 1954-cü ildə anadan olmuş Balacaxanım Adgül qızının meyitləri Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkar olunub.

Meyitlərin vizual müayinəsi zamanı onların üzərində zorakılıq əlaməti aşkar olunmayıb.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

 

 

Gununsesi.info