Neftçalada iki nəfəri ildırım vurdu - BİRİ DÜNYASINI DƏYİŞDİ, DİGƏRİNİN VƏZİYYƏTİ STABİLDİR

  • By admin
  • 10 Sentyabr 2019 21:14
Neftçalada iki nəfəri ildırım vurub.
Gununsesi.org-un məlumatına görə, hadisə rayonun Tatarməhlə kənd ərazisində qeydə alınıb.
Belə ki, ərazidə yerləşən obada çalışan Şamaxı sakini, 1991-ci il təvəllüdlü Qarayev Vaqif Azər oğlu və 1990-ci il təvəllüdlü Abdullayev Təvəkkül Tural oğlu açıq havada çörək yedikləri zaman onları ildırım vurub.
Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılan xəstələrdən birinin vəziyyəti stabil olduğundan ambulator müalicəyə buraxılıb.
Vaqif Qarayev isə reanimasiya şöbəsinə yerləşdirilib.
Gununsesi.org