“Neftçi” Almaniya nəhəngi ilə qarşılaşacaq

  • By admin
  • 19 İyun 2017 20:20

shalke-neftci

 

Bakının “Neftçi” futbol klubunun hazırlıq planı müəyyənləşib.

Axar.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 26-da Bakıda təlim-məşq toplanışına başlayacaq komanda iyulun 24-də ölkə xaricinə çıxacaq. Hazırlıq prosesi avqustun 3-dək Avstriyanın Kirxdorf bölgəsində təşkil olunacaq.

Toplanış çərçivəsində ilk yoxlama oyunu iyulun 26-da Bakı vaxtı ilə saat 20:00-da Almaniyanın “Şalke” klubuna qarşı olacaq. Digər yoxlama görüşləri iyulun 30-da və avqustun 2-3-də baş tutacaq.

 

Gununsesi.info