“Neftçi” Kiyev “Dinamo”su ilə qarşılaşacaq

  • By admin
  • 26 Dekabr 2019 20:57

“Neftçi” komandasının yanvarın 11-dən 25-dək Türkiyədə təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən daha biri müəyyənləşib.

Gununsesi.org-un məlumatına görə, paytaxt təmsilçisi yanvarın 20-də Belekdəki “Gloria Sports Arena”da Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, qonşu ölkədəki hazırlıq prosesində 3 yoxlama görüşü keçirməyi planlaşdıran “Neftçi”nin yanvarın 15-dəki rəqibi Polşanın “LKS Lodz” klubu olacaq. Yanvarın 24-ü baş tutacaq sonuncu sınaq matçındakı rəqibi hələ ki, bəlli deyil.

 

 

Gununsesi.org