“Neftçi” “Qalatasaray”a ilk hissədə uduzdu

  • By admin
  • 17 Sentyabr 2020 20:54

UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki “Neftçi” – “Qalatasaray” (Türkiyə) oyununda birinci hissə başa çatıb.

Gununsesi.info-nun məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşmada fasiləyə İstanbul təmsilçisi öndə yollanıb – 1:0. Mbaye Diaqne 19-cu dəqiqədə başla dəqiq oynayıb.

20:20

UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki “Neftçi” – “Qalatasaray” (Türkiyə) oyununda hesab açılıb.

“Report”un məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşmada ilk qolu 19-cu dəqiqədə İstanbul təmsilçisi vurub. Mbaye Diaqne başla topu qapıdan keçirib.

20:00

UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki “Neftçi” – “Qalatasaray” (Türkiyə) oyunu start götürüb.

“Report”un məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşma saat 20:00-da başlayıb.

Qeyd edək ki, bu cütün qalibi növbəti raundda Şimali Makedoniya “Renova”sını 1:0 hesabı ilə məğlub edən Xorvatiyanın “Hayduk” komandası ilə üz-üzə gələcək.

Gununsesi.info