Neftçilər Günü ilə bağlı olaraq SOCAR “Azəriqaz” İB tərəfindən daha 100 fidan əkildi

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin həyata keçirdiyi ağacəkmə aksiyası bu dəfə Neftçilər Gününə həsr olunub.

Gununsesi.info xəbər verir ki, Novxanı QPS-in ərazisində baş tutan tədbirdə Birliyin rəhbər şəxsləri ilə yanaşı, digər struktur bölmələrin əməkdaşları da iştirak ediblər.

Aksiyada 100 ədəd müxtəlif növ ağac tingləri əkilib.

Gununsesi.info