“Neftçi”nin qapıçısı Türkiyədə əməliyyat olunacaq

  • By admin
  • 18 Sentyabr 2017 15:12

f1371b73-b14a-4516-9fdb-f000ba1783c0_292

“Neftçi”nin və Azərbaycan milli komandasının qapıçısı Səlahət Ağayev əməliyyat olunacaq.

Gununsesi.info klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının V turunda “Zirə” ilə oyunöncəsi məşqdə zədələnmiş 32 yaşlı qolkiperə sağ budun gətirici əzələsinin vətərinin hissəvi yırtığı diaqnozu qoyulub.

Yığma üzvü sentyabrın 19-da Türkiyənin İstanbul şəhərinə yola düşəcək. Əməliyyat “Acıbadəm” xəstəxanasında baş tutacaq.

Qeyd edək ki, Səlahət Ağayev yay fasiləsində “İnter”dən “Neftçi”yə keçib.

Gununsesi.info