“Neftçi”yə yeni məşqçi təyin edildi

  • By admin
  • 22 Yanvar 2020 13:21

“Neftçi”nin məşqçilər korpusuna yeni təyinat olub.

Gununsesi.org-un klubun saytına istinadən xəbər verir ki, əsas komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini Mario Fernandes Kastelyano yerinə yetirəcək. 34 yaşlı ispaniyalı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb.

2013-2015-ci illərdə “Bakı” klubunda işləmiş Mario Fernandes Kastelyano Madrid “Atletiko”sunun futbol akademiyasında (U-10-U-17, 2005-2010) və “B” komandasında (2010-2012), eləcə də İspaniyanın “Xetafe” “B” (2015-2016) və Çinin “Dalian Yifanq” (2016-2018) klublarında çalışıb. O, UEFA-nın PRO kateqoriyasına malikdir.