Netanyahu Boris Consonla Yeltsini səhv saldı

  • By admin
  • 09 Sentyabr 2019 10:01

İsrailin baş naziri Binyamin Netanyahu Böyük Britaniya hökumətinin rəhbəri Boris Consonu səhvən Yeltsin adlandırıb. 

Xəbəri “RİA Novosti” “Haaretz”-ə istinadən yayıb.

Bazar günü iclasda çıxış edən Netanyahu Böyük Britaniyaya səfəri barədə danışıb.

O deyib: “Londona səfərim çox xoş keçdi, orada baş nazir Boris Yeltsinlə və ABŞ-ın müdafiə naziri ilə görüşdüm”.

İclasda iştirak edənlər dərhal onun səhvini düzəldiblər. Hökumət rəhbəri gülümsəyib və bildirib ki, qəsdən yanlışlığa yol verib: onu diqqətlə dinləyib-dinləmədiklərini öyrənmək istəyib.

Xatırladaq ki, Boris Conson bu ilin iyununda baş nazir seçilib.

Boris Yeltsin 1991-1999-cu illərdə Rusiyaya rəhbərlik edib. 2007-ci ildə vəfat edib.

Gununsesi.org