Nicat Quliyevin şərləndiyi silahlarla bağlı sensasion faktlar -ÖZƏL

  • By admin
  • 25 May 2016 11:30

nicat1

Ali Məhkəmə sabiq nazirlə bağlı bu gün son qərarını verməlidir

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin qurama-saxta ittihamlari ilə həbs olunan məhşur şəxslərdən biri də sabiq iqtisadi əlaqələr naziri Nicat Quliyevdir.

Qeyd edək ki, MTN tərəfindən silah-sursat ittihamı ilə həbs olunaraq, 3 il azadlıqdan məhrum edilən sabiq nazirin “cinayət işinin” materiallarına diqqət eləmək kifayyətdir ki, işin necə saxta olduğu üzə çıxsın.

Hələ bir neçə ay əvvəl bəlli olmuşdu ki, MTN Nicat Quliyevi şərlədiyi silahların ardıcıl nömrələri olan digərləri ilə tanınmış jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimlini də şərləyib. Belə ki, aparılan araşdırmalar zamanı bəlli olub ki, hər iki şəxsin mənzilinə, avtomobilinə qoyulan silahlar eyni qutununu içindən çıxıb. Silahların nömrə ardıcıllığına baxmaq kifayyətdir ki, “qara bazar”da bu cür silah alınmasının mümkünsüzlüyünə əmin olasan.

Pərviz Həşimli prezidentin əfv fərman ilə azadlığa çıxsa da Nicat Quliyev hələ də həbsdə qalmaqmadır. Bu gün Ali Məhkəmədə sabiq nazirin  kasassiya şikayətinə baxılacaq.

“Gununsesi.info” kasassiya şikayətində əks olunan bəzi məqamları ictimaiyyətin diqqətinə çatdırır:

Tapançaların aparıldığı iddia edilən tədqiqatlar haqqında…

  1. Kiril əlifbasında “MP-371” (latın əlifbasında “MR-371”; bundan sonra “MR-371”) siqnal tapançasını yalnız “İjevsk Mexaniki Zavodu” Açıq Səhmdar Cəmiyyəti istehsal edir (bu müəssisə həmdə “Makarov” odlu döyüş tapançalarının istehsalçısıdır). “MR-371” siqnal tapançalarını istehsalçı kiril əlifbasındakı yazıyla “МР-371 КВ Жевело-Н Пистолет Сигнальный” (latın əlifbasında – “MR-371 KV Jevelo-N Pistolet Siqnalniy”) adlandırır. Aşağıdakı şəkildən qeyd olunanlar aydın görünür.
  1. İstehsalçı zavod “MR-371”-nin konstruksiyasına aid bütün məlumatları özünün http://baikalinc.ru/, http://baikalinc.ru/ru/company/open/weapon.html, http://baikalinc.ru/ru/company/376.htmlhttp://baikalinc.ru/res_ru/0_value_159538_192.pdf internet səhifələrində yerləşdirib və onlar hamı üşün əlçatandır.
  1. Ekspert Ruslan Qarayev tərtib etdiyi hər iki rəydə adını çəkmədiyi xüsusi ədəbiyyata istinad etdiyini yazıb. Ekspertin iddia etdiyi kimi, o, “xüsusi ədəbiyyata” istinad edərək və yaxud adi müqayisə metodu ilə tədqiqat aparsaydı göstərdiyi rəyin ortaya çıxması mümkün deyildi.

52.1. “MR-371” siqnal tapançasının 26 avqust 2013 il tarixli birinci ekspert rəyində “Makarov” odlu döyüş silahı kimi səciyələndirərək təqdim olunması ya şüurlu saxtalaşdırmanın nəticəsi kimi və yaxud ümumən predmet üzərində tədqiqatın və ya iddia edilən predmet üzərində obyektiv tədqiqatın aparılmaması kimi qiymətləndirilməlidir.

52.2.  Ekspert Ruslan Qarayev ikinci – 24 dekabr 2013-cü il tarixli rəyində “MR-371” rəsmi adlı siqnal tapançasına öz tərəfindən “Makarov MR-371” adı verməsi onun bu rəyinə təsadüfü səhv kimi düşməməsi, ekspertin saxtakarlıq niyyətinin doğurduğu hərəkət kimi qiymətləndirilməlidir.

  1. Hər iki ekspert rəylərinə dair spekulyativ məqamlar və onlara dair izahları aşağıda göstərilir. Əgər ekspert Ruslan Qarayev iddia etdiyi kimi maddi sübut kimi sırınan tapançaları görübsə, onlara iddia etdiyi kimi üsullarla (…təbii işıq altında və süni işıqlandırmalar vasitəsilə…) baxmaq imkanı əldə edibsə:

1) onun “MR-371” siqnal tapançasının sürgüsünün üzərinə nömrəsi də daxil olmaqla həkk edilmiş istehsalçı zavodun bu məhsula aid nişanını görməməsi, tapançanın adının “Makarov” deyil “MR-371” olduğunu təsbit etməməsi mümkün deyildir.

2) onun iddia etdiyi kimi, siqnal tapançalarının üzərində bu silahlara istehsalçı zavod tərəfindən verilən nömrələrdən başqa hər hansı bir həkk edilmiş müəyyənlik nişanı olmayıbsa (“MR-371” və digər), deməli, faktiki olaraq, istehsalçı zavoda aid rəsmi müəyyənlik nişanları (nömrələrin xaricində) silinmiş olmalı idi və bu ekspertin rəyində iddia olunduğu kimi “… müəyyən oldu ki, onların səthi təmizdir, ilkin forma ölçülərini dəyişdirən mexaniki, termik və kimyəvi təsirdən yaranmağa xarakterik hər hansı zədə aşkar edilmədi…” ifadələri süurlu təhrifin nəticəsidir.

3) onun iddia etdiyi kimi, siqnal tapançalarının üzərində bu tapançalara istehsalçı zavod tərəfindən verilən nömrələrdən başqa hər hansı bir həkk edilmiş müəyyənlik nişanı olmayıbsa (“MR-371” və digər), siqnal tapançalarının sürgüsünün üzərində onların (10 rəqəmli nömrələri xaricində) istehsalçı zavoda aid digər rəsmi müəyyənlik nişanlarının (“MR-371” və digər) silinməsinə dair bu ekspertin rəyində iddia olunduğu kimi “… müəyyən oldu ki, onların səthi təmizdir, ilkin forma ölçülərini dəyişdirən mexaniki, termik və kimyəvi təsirdən yaranmağa xarakterik hər hansı zədə aşkar edilmədi…” isə yalnız tapançaların nömrələrini 10 (on) rəqımdən ibarət olması kifayət idi ki siqnal tapançaları “Makarov” odlu döyüş silahı kimi təqdim edilməsin.

4) Ekspertlərin hər iki rəyində silah və sursatların, o cümlədən tapançaların yalnız konturlarını qeyri-müəyyənliklə əks etdirən fotoşəkillərini görmək mümkündür. Hər bir silahın yanında ona aidliyi iddia edilən nömrələrin şəkilləri verilmişdir (aşağıdakı şəkilə bax). Tapançalara aid təqdim edilən nömrələrin 10 (on) rəqəmli olduğunu hər iki ekspert rəylərdəki fotoşəkillərdən heç bir köməkçi olmadan adi gözlə oxumaq mümkündür. Odlu silah və döyüş sursatlarının və silahların tədqiqi üzrə 2000-ci ildən ekspert iş təcrübəsinə malik olan Ruslan Qarayev başqa heç bir müqayisə imkanı olmadan da (siqnal tapançaların üzərində bu məhsula aid heç bir nişan və yazı olmasaydı da) on rəqəmli nömrəyə əsasən tapançanın “Makarov” tipli odlu döyüş silahı olmadığını yəqin, qeyd-şərtsiz təyin etməli idi (istehsal edildiyi gündən hal-hazırki vaxta kimi “Makarov” tapançalarına on rəqəmli nömrə verilməmişdir).

5) Ekspertiza tədqiqatlarının (belə bir tədqiqatlar aparılıbsa) nəticələrinin saxtalaşdırıldığına dair əsaslar ekspertlərin bir hərəkəti ilə də artır. İkinci rəydə tapançalara ad verərək onları “Makarov MR-371” kimi təqdim etmişlər. Halbuki “Makarov” tapançası heç bir zaman istehsalçı tərəfindən ekspert Ruslan Qarayev göstərdiyi kimi (“Makarov MR-371”) adlandırılmamışdır. Həmçinin “MR-371” siqnal tapançası heç bir zaman (siqnal tapançaları 2010-cu ildən istehsal edilir) istehsalçı zavod tərəfindən “Makarov MR-371” kimi adlandırılmamışdır.

  1. Birinci – 26 avqust 2013-cü il tarixli ekspert rəyində ekspertizada iştirakı qeyd olunan 2-ci ekspert Mübariz Mirzəyev cinayət işinin nömrəsini bir neçə yerdə 1023 olaraq (1038 olduğu halda) göstərmişdir. Bu hal dəfələrlə eyni qaydada təkrar olunur, yazı xətası kimi qiymətləndirilə bilməz. Deməli, ekspert və ya ekspertlər 1038 nömrəli iş üzrə göstərilən rəyi tərtib edərkən mahiyyəti bizə məlum olmayan MTN-də aparalmış 1023 nömrəli cinayət işinə dair ekspertiza rəyindən (copy-paste) adlanan elektron kopyalama-yapıştırma kompyüter əməliyyatından istifadə edib və ya ediblər.
  2. Göstərilən bütün xususatlar aşağıdakı nəticələrə gəlməyə əsaslar verir:

1) Ekspertlər də Nicat Quliyev, müdafiə tərəfi və məhkəmələr kimi iddia olunan silahları görməyib.

2) Bütün mərhələlərdə ekspertlər silah-sursatla bağlı bütün iddiaları predmetləri tədqiq etməklə deyil yalnız kağız üzərində (biri ilə digərinə “əsas” yaratmaqla) formalaşdıraraq həyata keçirib.

3) “MR-371” siqnal tapançasını “Makarov” tipli odlu döyüş silahı kimi təqdim etməklə ekspertlər saxtakarlıq etmişdir.

4) “MR-371” siqnal tapançaları üzərində güya kustar dəyişdirmələrin olunması ilə odlu silaha çevirildiyini iddia etməklə ekspertlər daha bir saxtakarlıq etmişdir.

5) “MR-371” siqnal tapançalarının rəsmi adına “Makarov” sözünü əlavə etməklə Nicat Quliyevə sırınan siqnal tapançaları barədə odlu döyüş silahı təsəvvürü yaratmaq və əvvəlki saxtakarlığını pərdələmək məqsədi güdərək “MR-371” siqnal

tapançasını özündən uydurulmuş yeni adla “Makarov MR-371” odlu döyüş silahı kimi təqdim etməklə ekspert təkrar vəzifə saxtakarlığı törətmişdir.

55.1. Fərz olunsa ki, ekspertlər sırınan silahları görməyə müyəssər olublar, bu zaman saxtakarlıqların bilə-bilə qəsdən törədildiyinə dair qənaəti yalnız möhkəmləndirmiş olar (baxmayaraq ki, cinayət işinin materialları və silah-sursatın maddi sübut kimi üzə çıxmaması ekspertlərin silahları görməsinə dair ehtimalları absurdlaşdırır).

  1. MR-371 siqnal tapançasının pasportundan və onun quruluşuna dair çoxsaylı yazılardan siqnal tapançasının odlu silaha çevrilməsinin demək olar ki, mümkün olmadığı aydın görünür. Müdafiə tərəfi siqnal tapançalarının lüləsini dəyişməklə və ötürücüsünü yonmaqla odlu silaha çevrilməsinin mümkünlüyünü, habelə, tapançanın əmtəə görünüşünə və konstruksiyasının özəlliklərinə aid digər sualları aydınlaşdırmaq məqsədi ilə İjevsk Mexaniki Zavodun Baş konstruktorunun müavini cənab D.N.Varlamova həm zavodun expert@baikalinc.ru elektron poçt ünvanına, həm də zavodun yerləşdiyi Rusiya Federasiyası, 426063, İjevsk şəhəri, Promışlennaya küçəsi, 8 ünvana məktub göndərib.

Cənab Varlamovun elektron poçtu vasitəsilə göndərdiyi 3 sentyabr 2014-cü il tarixli 1143/158-16 saylı məktubundan aşağıdakılar məlum olur:

  • MR-371 siqnal tapançaları yalnız “İjevsk Mexaniki Zavodu” Açıq Səhmdar Cəmiyyətində, özü də  2010-cu ildən başlayaraq istehsal olunur;

 

  • MR-371 siqnal tapançalarının istehsalı başlayan vaxtdan onların istisnasız olaraq hər birinin sürgüsünün sol yan tərəfində «МР-371 КВ Жевело-Н Пистолет сигнальный» zavod nişanı həkk edilir və bu nişan olmadan tapançaların, o cümlədən «1337103376», «1337103716», «1337103518» və «1337103679» nömrəli tapançaların dilerlərə verilməsi mümkün deyil;
  • «1337103376», «1337103716», «1337103518» və «1337103679» nömrələrin müxtəlif illərdə istehsal olunmuş tapançalarda təkrarlanması mümkün deyil;
  • MR-371 siqnal tapançalarının konstruksiyasında Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin əmri ilə təsdiq olunan kriminalistik tələblərə müvafiq olaraq tapançaların başqa sursata uyğunlaşdırmaq üçün düzəldilməsini istisna edən konstruktor-texniki həllər nəzərdə tutulub.
  1. MR-371 siqnal tapançalarının istehsalçısından alınan məlumatlar özü-özlüyündə “Makarov” odlu döyüş tapançaları kimi Nicat Quliyevə sırınan siqnal tapançalarının MTN-ə aid olduğunu birbaşa sübut etməsədə, aparıldığı iddia edilən tədqiqatların təmamən saxta olmaqla Nicat Quliyevin həbsinə qondarma əsas yaratmaq məqsədi güddüyünü, habelə ibtidai və məhkəmə araşdırmalarının saxtakarlıqlarla aparılması, nə Nicat Quliyevin, nə müdafiə tərəfinin, nə dəki məhkəmələrə gətirilə bilinməyən (bütövlükdə) silah-sursatın, o cümlədən siqnal tapançalarının MTN-in ixtiyarında olduğuna və onlardan manipulyasiyalar edilərək Nicat Quliyevi həbs etmək məqsədi ilə istifadə edildiyinə dair kifayət qədər birmənalı, ciddi və tutarlı qənaət yaradır.
  2. Müdafiə tərəfi, əlbəttə ki, MR-371 tapançasının konstruksiyasında nəzərdə tutulan bütün qoruyucu detalları və müxanizmləri bilmir. Lakin onların əlçatan informasiya mənbələrində göstərilən bəzilərini diqqətə çəkmək mümkündür

58.1. MR-371 siqnal tapançasında lülə əvəzinə bir tərəfi qapalı içi oyulmuş dəmir parçasından istifadə edilib. Dəmir parçası tapançanın ramasına ştiftlə yerləşdirilib və ştift tapançaya lehimlənərək birləşdirilib ki, tapançanı odlu silaha dəyişdirilməsi mümkün olmasın (daha ətraflı bax: http://my.mail.ru/community/signalguns/6B0FD6628F91B7E9.html).

58.2. Bundan başqa MR-371-in sürgüsünün qabaq alt hissəsində oyma qoyulub. Makarov tapançasında belə oyma yoxdur (daha ətraflı bax: http://i2.guns.ru/forums/icons/forum_pictures/005911/5911598.jpgwww.youtube.com/watch?v=a0613NtIFPA).

58.3. Siqnal tapançaları odlu silah deyil. Onları yalnız lüləsinin dəyişdirilməsi və ötürücüsünün yonulması ilə atəşə yararlı vəziyyətə gətirilməsi mümkün deyil.

58.4. “MR-371” siqnal tapançasının tək sürgüsünün dəyişdirilməsi ilə ondan açılan atəş həqiqi döyüş silahından açılan atəşin eyni və oxşar nəticəsini qətiyyən yaratmaz. Sürgüsünün üstündə oyuq olan tapançadan (siqnal tapançasındakı oyuğun təyinatı məlumdur) odlu silah kimi (döyüş gülləsindən istifadə etməklə) atəş açılmağa cəhd edilərsə partlayış baş verər və silahı tutan şəxs ciddi zədələnər.

Silahların aidiyyatı barədə aparılan təhqiqatlar haqqında

  1. Nicat Quliyevə məxsus olduğu iddia edilən odlu silahların ona aid olmadığına, onların MTN əməkdaşları tərəfindən ona sırındığına tam əmin olduğumuzdan onların mənşəyi bizi maraqlandırır. Bizdən fərqli olaraq  istintaq orqanı silahların mənşəyini və əsl sahiblərini müəyyən etməkdə maraqlı olmayıb. İstintaq orqanı işə əlavə edilən və aşkar şəkildə heç bir əsas olmadan Nicat Quliyevə sırınan silahların birinin vaxtilə Rusiya Federasiyasının Dağıstan Respublikasında qeydiyyatda olub və sonradan axtarışa elan edilməsini müəyyən edib. Makarov tipli tapançaların isə istehsalçı zavod tərəfindən pnevmatik silah kimi buraxıldığı, sonradan kustar üsulla odlu silaha düzəldiyini göstərib. Lakin istintaq orqanı nə axtarışa elan edilmiş silahla bağlı, nə də digər silahlarla bağlı məqsədyönlü istintaq hərəkətləri aparmayıb. Bu silahların (axtarışa elan edilən avtomat silah istisna edilməklə) istehsalçı zavoddan hara tədarük edildiyi, hansı yollarla qanuni dövriyyədən çıxarıldığı yoxlanmayıb.
  2. Müdafiə tərəfi öz imkanlarından istifadə edərək avtomat silahların eyniləşdirmə nömrələrini və odlu silah kimi dövriyyəsinin ciddi uçotunun aparıldığını nəzərə alaraq işdə keçən digər “Kalaşnikov” avtomatlarının kimə satıldığını bu silahları istehsal edən “Kalaşnikov Konsernindən” öyrənməyə çalışdı. Lakin «Konsern Kalaşnikov» Açıq Səhmdar Cəmiyyətinin müvəqqəti Baş Direktoru cənab A.Y.Krivoruçko 550-439/109 saylı 24 aprel 2014-cü il tarixli cavab məktubunda bildirdi ki, «Müstəqil Dövlətlər Birliyinin iştirakçı Dövlətlərin mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Konvensiyanın 5-ci maddəsində səlahiyyətli ədliyyə orqanları öz aralarında mərkəzi orqanları vasitəsi ilə əlaqə saxladığı nəzərdə tutulduğundan, sorğunu mərkəzi orqanlar vasitəsi ilə göndərmək tövsiyyə olunur».
  1. Bununla əlaqədar müdafiə tərəfi məhkəməyə vəsatət təqdim edərək Minck Konvensiyasının 5-ci maddəsinə müvafiq qaydada sorğu verilməsini xahiş etdi. Məhkəmə bu vəsatəti də rədd etdi və bunu onunla əsaslandırmağa çalışdı ki, MTN-də hazırki cinayət işindən silahların mənşəyinin öyrənilməsinə dair materiallar başqa cinayət işinə ayrılıb və istintaq aparılır.
  1. Məhkəmənin bu cür yanaşması araşdırmanın hərtərəfliliyi, tamlığı və obyektivliyi baxımından tamamilə absurd idi. Qeyd etmək lazımdır ki, bu məsələdə müdafiə tərəfi məhkəmələrin adekvat və obyektiv münasibətinə nail ola bilməyib. Birinci instansiya məhkəməsi silahların mənşəyini araşdırmaqdan, ibtidai araşdırmanın boşluqlarını aradan qaldırmaqdan imtina edib. Apellyasiya məhkəməsi isə bundan boyun qaçırmaq üçün, ümumiyyətlə, istintaqı təzələmək istəməyib. Ayrılmış cinayət işi üzrə istintaqın vəziyyəti barədə müdafiə tərəfə heç bir məlumat verilmir, ümumiyyətlə belə bir cinayət işinin olması müdafiə tərəfində əsaslı şübhələr  yaradır. Çünki biz həmin silahların mənbəyinin MTN-in özü olması fikrindəyik və araşdırma aparılacağı təqdirdə bunun öz təsdiqini tapacağına əminik.
  1. İstintaq orqanı və məhkəmələr silahların mənşəyini yalnız ona görə axtarmaq istəmirlər ki, istənilən məqsədli və hərtərəfli yoxlama həmin silahların Azərbaycanın hüquq mühafizə orqanlarının ixtiyarında olduğunu təsdiq edən məlumatlarla nəticələnəcəkdi.
  2. Müdafiə tərəfi rəsmi orqanların mövqeyini başa düşürdü və istintaqın ilk günlərindən rəsmi və qeyri rəsmi yollarla silahların əsl sahiblərini tapmağa cəhd göstərirdi. Bu məqsədlə son illərdə məhkəmələrdə silahla bağlı baxılmış onlarla cinayət işi öyrənilmiş, silahların istehsalçısı olan zavodlara rəsmi sorğular göndərilmişdir.

Müdafiə tərəfi Nicat Quliyevə məxsus olduğu iddia edilən silahların mənşəyi ilə əlaqədar əldə etdiyi bəzi məlumatları hələ birinci instansiya məhkəməsinə təqdim etmişdi. Həmin məlumatlardan görünürdü ki, Nicat Quliyevin işi üzrə ibtidai araşdırma aparıldığı dövrdə MTN-in Baş İstintaq İdarəsində Pərviz Kamran oğlu Həşimov barəsində  1042 saylı başqa bir cinayət işi də araşdırılıb.

  1. Həmin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində (sədrlik edən – hakim Novruz Kərimov) açıq məhkəmə iclasında baxılıb və artıq iş üzrə hökm çıxarılıb, apellyasiya və kassasiya instansiyaları hökmü qüvvəsində saxlayıblar. Bu cinayət işində 7 ədəd tapança keçir. Onların da hamısı MR 371 siqnal tapançalarıdır və iddia edildiyi kimi onların lüləsi dəyişdirilərək, ötürücünün kənarları yonulmaqla odlu silahlara çevirilib.
  1. Bu tapançaların nömrələri «1337103242» «1337103410», «1337103467», «1337103547», «133710373», «1337103699», «1337103723»-dür. Nicat Quliyevin işindəki MR-371 siqnal tapançalarının nömrələri (“1337103376”, “1337103518”, “1337103679” və “1337103716”) onlarla ardıcıllıq təşkil edir və tapançaların hamısının eyni partiyadan olduğunu göstərir. Bu, aşağıdakı cədvəldən daha aydın görünür:
Digər işdə keçən tapançaların nömrələri Hazırki işdə keçən tapançaların nömrələri
1337103242

1337103410

1337103467

1337103547

1337103673

1337103699

1337103723

1337103376

1337103518

1337103679

1337103716

  1. 1042 saylı işdə (Pərviz Həşimlinin işi-red.) tapançaların İran İslam Respublikasından gətirildiyi iddia edilir. Həmin cinayət işi üzrə təqsirləndirilən şəxslərlə Nicat Quliyevin heç bir əlaqəsi olmayıb. Nicat Quliyev onları tanımır. Eləcə də onun İran İslam Respublikasında da hər hansı şəxslə, ya qurumla əlaqələri olmayıb. Müdafiə tərəfi hesab edir ki, əldə edilən məlumatlar məhkəmədə tədqiq edilməli idi. Məhkəmə araşdırmasının hərtərəfliyini, tamlığını və obyektivliyini, həmçinin Nicat Quliyevin müdafiə hüququnu təmin etmək baxımından məhkəmə bu əhəmiyyətli məlumatı nəzərə almaya bilməzdi.
  2. Bundan əlavə müdafiə tərəfi İjevsk Mexaniki Zavoduna və RF-də yerləşən digər orqanlara rəsmi sorğu göndərərək «1337103376», «1337103716», «1337103518» və «1337103679» nömrəli MR 371 siqnal tapançalarının nə vaxt istehsal edildiyi, nə vaxt və kimə satıldığı barədə məlumat verməyi xahiş edib.

75.1. İjevsk Mexaniki Zavodunun Baş direktorunun Rejim və təhlükəsizlik üzrə Müavini cənab V.V.Karlov 161-0331-РиБ №-li 23 may 2014-cü il tarixli cavab məktubunda bildirib ki, «1337103376», «1337103716», «1337103518» və «1337103679» nömrəli МР-371 siqnal tapançalarını İjevsk Müxaniki Zavodu 2013-cü il martın 15-də istehsal edib və 2013-cü il martın 21-də 13СК0138 №-li qutuda Moskva vilayətinin Klimovsk şəhərində yerləşən “Tеmp” Məhdud Məsuliyyətli Cəmiyyətinə (ООО “Темп”) satılıb.

75.2. Müdafiə tərəfi rəsmi məktubla “Temp” MMC-yə müraciət edib. Müraciətə Cəmiyyətin Baş Direktoru cənab G.L.Lısenkonun imzası ilə 14 iyul 2014-cü il tarixli cavab məktubu alınıb. Cənab Lısenko İjevsk Mexaniki Zavodun məlumatlarını təsdiq edərək həqiqətən 26 mart 2013-cü il tarixdə zavoddan «1337103376», «1337103716», «1337103518» və «1337103679» №-li, həmçinin Kassasiya şikayətinin 104 və 105-ci bəndlərində qeyd olunan  «1337103410», «1337103467», «1337103547», «1337103673», «1337103699» və «1337103723» №-li tapançaları da olan cəmi 75 ədəd МР-371 siqnal tapançalarının alındığını bildirib. Məktubda eləcə də göstərilib ki, həmin tapançaların hamısı 26 mart 2013-cü il tarixdə 2611 №-li  Əmtəə qaiməsi ilə İjevsk şəhərində yerləşən “Kornet” Məhdud Məsuliyyətli Cəmiyyətinə (ООО “Корнет”) satılıb.

75.3. Bundan sonra Nicat Quliyevin vəkili “Kornet” MMC-yə gedib və ora sorğu təqdim edib. Cəmiyyətin Direktoru cənab İ.A.Xayrullin 28 iyul 2014-cü il tarixli 176 saylı cavab məktubunda onun rəhbərlik etdiyi Cəmiyyətdə MR-371 siqnal tapançalarının nömrələrlə uçotunun və tapançaların alıcılarının qeydiyyatının aparılmadığını, bunun Rusiya Federasiyasının Silah haqqında Qanunu ilə tələb olunmadığını bildirib. Bununla belə, cənab Xayrullin tapançaların ambar kitabını təqdim edib və həmin kitabda aparılan qeydlərə görə həqiqətən “Kornet” MMC-yə 2014-cü il martın 26-da 75 ədəd MR-371 siqnal tapançası daxil olub və onların hamısı 2014-cü il 2 aprel tarixində Cəmiyyətin ambarından mağazasına təhvil verilərək satılıb.

75.4. Qeyd edilən tapançalar son nəticədə Azərbaycan Respublikasının ərazisinə gətirilib. Lakin Rusiya Federasiyasının “Silah haqqında” 1996-cı il 13 dekabr tarixli Federal Qanununun 14 və 17-ci maddələrinə əsasən Rusiya Federasiyasının ərazisində alınan silahların, o cümlədən  MR-371 siqnal tapançasının da aid edildiyi pnevmatik silahların Rusiya Federasiyasının hüdudlarından kənara çıxarılmasına nəzarəti Daxili İşlər Nazirliyinin nəzdində yaradılmış federal orqan həyata keçirir. Eyni zamanda silahların ölkədən çıxarılması qaydaları və proseduru Rusiya Federasiyasının Gömrük Məcəlləsi ilə tənzimlənir.

75.5. Nəhayət, müdafiə tərəfi hazırki cinayət içində keçən MR-371 siqnal tapançalarının da Rusiyadan çıxarılaraq Azərbaycana, yaxud digər ölkəyə aparılmasının da rəsmiləşdirildiyini güman edərək, Rusiya Federasiyasının gömrük orqanlarına rəsmi sorğular göndərib. Lakin heç bir məlumat əldə edilməyib.

İki müxtəlif cinayət işində keçən silahların eyni vaxtda istehsal olunması, bir istehsal partiyasına aid olması, 75 ədəddən ibarət partiyanı bir yerdə firmadan firmaya, sonra isə istehlakçıya bütünlüklə satılması, bir yerdə Azərbaycanda peyda olması, hər iki cinayət işinin bir orqanda-MTN-də “araşdırılması” və həmin orqanın əməkdaşlarının “keçirdikləri tədbirlərin” nəticəsi olaraq başlanması, silahların bir qisminin guya İrandan gətirildiyinin iddia edilməsi, digər qisminin isə Nicat Quliyevə sırınması onu göstərir ki, bu silahların hamısı həmin orqanın ixtiyarında olub və yəqin ki, bu partiya silahlarının əsl sifarişçisi də bəd məqsədləri üçün məhz MTN özü olub.

Gununsesi.info