Niderland hökuməti Saakaşviliyə viza verib

  • By admin
  • 22 Dekabr 2017 07:40

Niderlandın Təhlükəsizik və Ədalət Məhkəməsi Nazirliyi Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru və Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə viza verildiyini təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, yerli KİV-lərin məlumatına əsasən, M.Saakaşvili vizanı Niderlandın Kiyevdəki səfirliyindən alıb. Nazirlik Saakaşviliyə viza verərkən, onun yoldaşı Sandra Rulofsun Niderland vətəndaşı olduğunu, cütlüyün 2 övlad böyütdüyünü əsas götürdüyünü bildirib.

Gununsesi.info