Nigeriya Hərbi Hava Qüvvələri “Boko Haram”ın liderlərini məhv edib

  • By admin
  • 21 Noyabr 2019 17:10

Nigeriya Hərbi Hava Qüvvələri (NAF) noyabrın 20-də ölkənin şimal-şərqindəki Borno əyalətində terror qruplaşması “Boko Haram”ın yığıncaq yerlərindən birinin məhv etdiyini byan edib.

Gununsesi.org Trend-ə istinadən xəbər verir ki, əməliyyat zamanı “Boko Haram”ın bir neçə liderinin öldürülməsidə xəbər verilir.

“NAF”ın rəsmisi Ibikunle Daramola, silahlıların qaçmaq istəyərkən öldürüldüyünü və hava zərbələri nəticəsindədə qəsəbənin bir hissəsinin məhv edildiyini bildirib. İ.Daramola yerüstü qüvvələrlə əməkdaşlıq edərək, “Boko Haram” terrorçularının qalıqlarını məhv etməyə davam edəcəklərini deyib.

“Boko Haram” qruplaşması Nigeriyanın şimal-şərqindəki hərbi hədəflərə hücumlarda, yüzlərlə insanın ölümündə və minlərlə insanın didərgin düşməsində günahlandırılır.

Gununsesi.org