Nigeriyada qətliam kimi qəza: 18 nəfər can verdi

  • By admin
  • 05 İyun 2023 13:28

Nigeriyanın Kano bölgəsində 2 yolçu avtobusu bir-birinə çırpılıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, olay zamanı 18 nəfər can verib.

Toqquşmanın təsirindən ortalıq savaş meydanına dönüb.

Toqquşma zamanı avtobuslarda olan 12 sərnişin yaralanıb.

Milli Yol Təhlükəsizliyi üzrə Bölgə Koordinatoru Sallau Abdullahi ölənlərin və yaralıların sayını təsdiqləyib.

Yaralılar xəstəxanaya daşınıb. Ölənlərin sayının artacağı ilə bağlı narahatlıq var.

 

Tərcmə: Arzu Sayadoğlu

Gununsesi.info