“Nikoil Bank” istehlak kreditlərini dayandırdı

  • By admin
  • 19 Sentyabr 2016 16:06
nikol
Daha bir bir bank istehlak kreditlərini dayandırıb.
Gununsesi.info fins.az-a istinadən xəbər verir ki, söhbət “Nikoil Bank”dan gedir. Bankdan verilən məlumata görə, sentyabr ayından etibarən həm manat, həm də dollarla istehlak kreditlərinin verilməsi dayandırılıb.
Qeyd edək ki, buna qədər bank həm manat, həm dollarda istehlak kreditlərini  illik faiz dərəcəsi 28 % olmaqla  verirdi. Kamisyon haqq 1 % tutulurdu.
Bankdan verilən məlumata görə, istehlak kreditlərinin dayandırılması kredit şərtlərinin dəyişdirilməsi ilə bağlıdır. Amma bank hələlik yeni şərtlərin nədən ibarət olduğunu açıqlamayıb.
Gununsesi.info