Xəbər verdiyimi kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, mayın 9-da Rusiyada keçiriləcək tədbirlərdə iştirak edə bilməyəcək.
Onun sözlərinə görə, bu qərar seçkiqabağı təşviqatda iştirakla əlaqədar verilib:
“Apreldə Rusiyaya səfərim zamanı mən bu barədə həmin ölkənin prezidentinə məlumat vermişəm”.
Ancaq məsələ siyasi gündəmdə müzakirə edilir.
Belə ki, versiyalar daha çox bunun təkcə seçkiqabağı təşviqatla bağlı olmadığı deyilir.
O cümlədən Ermənistanın hazırda həm Avropa İttifaqı, həm də ABŞ ilə əlaqələri genişləndirərək daha çoxvektorlu xarici siyasət modelinə keçməyə çalışması kimi qiymətləndirilir.
Bəs görəsən, doğrudan da belədirmi?
Bu barədə Gununsesi.info-ya Milli Məclisin deputatı Fazil Mustafa danışıb.
O bildirib ki, əslində, burada bir versiya var, o da seçkilərdə iştirakla bağlıdır:
“İkinci versiyada odur ki, Avropa Birliyi nümayəndələri yenicə Ermənistanda olub. Avropa ilə münasibətlər bu dərəcədə yaxınlaşdığı bir zamanda hansısa şəkildə Moskvada tədbirə qatılmaq münasibətlərə kölgə düşürmək deməkdir. Paşinyan onların dəstəyini alıbdır, müəyyən dərəcədə seçki prosesinə də təsir etmək üçün jestlərini Ermənistan cəmiyyətinə təqdim edib. Belə bir vəziyyətdə təzədən Rusiya ilə açıq əməkdaşlıq işinə yaramır, Digər bir məsələ isə can güvənliyidir. Burada Ukraynanın da məsələyə baxış bucağını nəzərə almış olub. Hər halda əsas məsələ hesab edirəm ki, seçki məsələsidir. Seçkiqabağı ölkəni tərk etmək istəmir, normal şəkildə təbliğatını aparmaq istəyir”.
Orxan












