Nişanlısından ayrıldığı üçün intihar etdi

  • By admin
  • 07 Sentyabr 2016 17:13

gencqiz

Bakıda özünü 17-ci mərtəbədən ataraq intihar edən qızla bağlı bəzi faktlar məlum olub.

Sentyabrın 7-də Binəqədi rayonu Mir Cəlal küçəsi 63 A ünvanında 21 yaşlı gənc qız intihar edib.

Gununsesi.info-nun hadisə yerindən xəbər verən əməkdaşının məlumatına görə, intihar edən  1995-ci il təvəllüdlü Aysel Hümbət qızı Ağaməmmədova özünü 17-ci mərtəbədən yerə atıb. Nəticədə gənc qız aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Qeyd edək ki, A. Ağaməmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbəsi olub. O, bir müddət əvvəl nişanlısından ayrılıb. İlkin ehtimala görə, A. Ağaməmmədova buna görə intihar edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Gülnaz Qənbərli

Gununsesi.info