Şəhid ailələri və qazilərin də iştirak etdiyi növbəti görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşların şikayət və təkliflərini dinləyib.

Gununsesi.info xəbər verir ki, görüşdə Gəncə Şəhər Nizami və Kəpəz Rayon İcra Hakimiyyətlərinin başçıları, Nizami və Kəpəz Bələdiyyələrinin sədrləri, o cümlədən idarə, müəssisə və təşkilat rəhbərləri də iştriak ediblər.

Müraciətlər arasında maddi yardımın göstərilməsi, mənzil növbəsinə götürülmə, torpaq sahəsinin sənədləşdirilməsi və digər məsələlər üstünlük təşkil edib.

Niyazi Bayramov sakinləri narahat edən məsələlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Bir sıra müraciətlər isə yerindəcə öz həllini tapıb.

Qeyd edək ki, bu cür görüşlər Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq keçirilir.